5 İyul 2020 08:41
2 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

NDTV kanalı Hindistanın Ladax bölgəsindəki hava bazasında döyüş və nəqliyyat təyyarələrinin, həmçinin hücum helikopterlərinin hərəkətliliyinin artdığı barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, adının açıqlanmasını istəməyən bir zabit jurnalistlərə Hindistan Hərbi Hava Qüvvələrinin bütün çətinliklərə meydan oxuyaraq əməliyyatlara hazır olduğunu açıqlayıb.

Bu aviabazanın Çin sərhədi boyunca ölkənin müharibəyə hazırlıq səviyyəsinin artırılmasında mühüm rol oynadığı bildirilir.

Xatırladaq ki, Hindistan Çin ilə gərginliyin artdığı Şərqi Ladaxa raketdən müdafiə sistemləri, tanklar yerləşdirib.


Müəllif: Leyla