5 İyul 2020 17:24
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 5-də Səudiyyə Ərəbistanında COVID-19-a yoluxanların sayı 4 min nəfəri keçib.

Teleqraf.com xəbər verir ki, Krallığın Səhiyyə Nazirliyinin məlumatında son sutka ərzində 4128 yoluxma, 56 ölüm faktının qeydə alındığı bildirilib.

Məlumatda qeyd olunub ki, görülən bütün tədbirlərə baxmayaraq, COVID-19-a yoluxanların ümumi sayı 206 min nəfərə çatıb, 1858 pasiyent isə vəfat edib. Krallığın karantin xəstəxanalarında indiyədək 143 min nəfərdən çox insan müalicə olunaraq evə buraxılıb.

Son sutka ərzində Səudiyyə Ərəbistanında ən çox yoluxma halları Ər-Riyadda (360 nəfər) qeydə alınıb. Məkkədə 212, Mədinədə isə 142 nəfər yoluxub. Səhiyyə Nazirliyi əhaliyə toy və yas mərasimlərində bir yerə toplaşmamaq barədə müraciət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər