5 İyul 2020 23:46
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Çikaqo şəhərində silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Məlumata görə, naməlum şəxslərin açdığı atəş nəticəsində dörd nəfər həlak olub, daha dörd nəfər yaralanıb.

ABŞ-ın asayiş keşikçilərinin məlumatına görə, iki nəfər hadisə yerində həlak olub, daha iki nəfər isə yerləşdirildikləri xəstəxananın reanimasiya şöbəsində ölüb. Öldürülənlər arasında 14 yaşlı yeniyetmə də var.

Polis şəhərdə yaxalama əməliyyat planını elan edib, ancaq cinayətkarları yaxalamaq hələ mümkün olmayıb.

Hadisənin təfərrüatları açıqlanmır.


Müəllif: Teleqraf.com