6 İyul 2020 14:04
9 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türklərin buna cürəti çatacağını ehtimal etmirəm.

Teleqraf.com xəbər verir ki, İstanbulda yerləşən Ayasofiya məscidinin ibadətə açılıb-açılmayacağına dair beynəlxalq müzakirələrin davam etdiyi ərəfədə Yunanıstanın baş yepiskopu İernomisdən vəziyyəti gərginləşdirəcək açıqlama gəlib.

Baş yepiskop bildirib ki, türklərin əllərində nə varsa, ona oynayarlar: “Ayasofiya bu oyunlardan biridir. Bunu etməyə cürətləri çatacağına inanmıram”.

Qeyd edək ki, hazırda Ayasofiyanın ibadətə açılıb-açılmayacağı məsələsi Türkiyədə məhkəmə predmentidir.

Bu mövzuda indiyə qədər bir çox siyasətçilər mövqe bildiriblər. ABŞ Dövlət katibi Mayk Pompeo, Fransa Xarici İşlər Nazirliyi və Rus Provoslav Kilsəsi Ayasofyanın statusunun qorunmasına dair çağırışlar edib.


Müəllif: Cavad

Oxşar xəbərlər