15 İyul 2020 14:56
4 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Kipr parlamentinin spikeri Dmitris Siluris Ermənistan-Azərbaycan sərhədlərində baş verən son olaylara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən ölkənin spikeri bu dəfə də ənənəsinə sadiq qalaraq işğalçının yanında olduğunu nümayiş etdirib.

“Bizi Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr və yeni eskalasiya təhlükəsi narahat edir. Biz erməni xalqına dəstəyimizi bildiririk və ümid edirik ki, münaqişə yalnız sülh yolu ilə həll ediləcək”, - Siluris deyib.


Müəllif: Teleqraf.com