Liviyanın legitim hökumətinə bağlı qüvvələr Sirtə və Cufranın qiyamçı Haftar ordusundan azad edilməsi üçün hazırlıqları başa çatdırıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Tahir əl-Malti açıqlama verib.
Məlumata görə, Sirtədən 100 km məsafədə yerləşən Veska bölgəsinə dislokasiya edilən hərbi qüvvələr əmr gözləyir. Əməliyyatlar üçün Sirtə yaxınlığına 200 TIR silah-sursatın göndərildiyi də bildirilib.
Silahlı Qüvvələrin sözçüsü Mustafa əl-Məcay bölgədə misli görünməmiş əməliyyatlara hazır olduqlarını diqqətə çatdırıb.