Meksikada 2020-ci ilin 6 ayında 489 qadın cinayət qurbanı olub.
Teleqraf.com xəbər verir ki, Meksika İctimai Təhlükəsizlik Nazirliyinin hazırladığı hesabatda belə deyilir.
Meksika Latın Amerikası ölkələri arasında qadın cinayətlərinin ən yüksək olduğu ölkə kimi tanınır.
Qeyd edək ki, son aylar ölkədə qadınlara qarşı zorakılıq faktlarının artması səbəbi ilə müxtəlif qeyri-hökumət təşkilatları paytaxt Mexiko şəhərində Milli Sarayın qarşısında nümayişlər təşkil ediblər.