21 İyul 2020 15:05
3 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Səhiyyə naziri Səid Nəməki çıxışında Şərqi və Qərbi Azərbaycan əyalətlərinin adını təhrif olunmuş şəkildə təqdim edib.

Teleqraf.com xəbər verir ki, nazir koronavirusla bağlı çıxış edərkən Qərbi Azərbaycan adının yerinə “Mahabad”, Şərqi Azərbaycan əyalətinin adının əvəzinə isə “Şərqi Azər” ifadələrini işlədib.

Nəməkinin çıxışı sosial şəbəkələrdə güney azərbaycanlıların geniş etirazına səbəb olub. Onlar “bizim yurdumuzun adı Azərbaycandır” yazaraq nazirin çıxışına reaksiya veriblər.

Azərbaycanın adı dəfələrlə İranın yüksək rütbəli rəsmiləri, eləcə də rəsmi media qurumları, o cümlədən İran Teleradio Şirkəti tərəfindən təhrif edilib. İranda fəaliyyət göstərən anti-Azərbaycan media orqanları, eləcə də bəzi rəsmilər dəfələrlə Azərbaycan Respublikasının adını da təhrif edərək “Bakı Respublikası” kimi təqdim ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər