İngiltərədən sonra İtaliya da Avropa Birliyindən (AB) ayrıla bilər.
Teleqraf.com xəbər verir ki, COVİD-19-dan ən çox əziyyət çəkən İtaliyada AB virusla mübarizədə bu ölkəyə lazımi dəstək verməməkdə ittiham olunur.
İqtidardakı koalisiyon hökumətdə təmsil olunan "5 ulduz hərakatı"ndan xaric edilmiş senator Gianluigi Paragone tərəfindən yeni qurulan partiyanın adı "İtaliya üçün Avropaya xeyr! - Paragone ile Italexit"dir.
Adından da göründüyü kimi partiyanın əsas məqsədi İtaliyanın AB-ilə münasibətlərinə yenidən baxılmasına nail olmaqdır.
Vaxtilə jurnalist olmuş 48 yaşlı Paragone İtaliyanın Avropa Birliyi və ortaq valyuta çərçivələrindən çıxaraq müstəqil iqtisadi siyasət yürütməsinə nail olmağa çalışdıqlarını bəyan edib.