Vladimir Putin bir zamanlar Varşava blokunun tərkibində olan ölkələri yenidən Rusiyanın təsir dairəsinə qaytarmaq fikrindədir. Teleqraf.com-un “Obozrevatel.com” saytına istinadən məlumatına görə, bu açıqlama ilə ukraynalı hərbi ekspert İqor Koziy çıxış edib.
O, Rusiyanın bu ölkələri təsir dairəsinə salmaqdan ötrü xüsusi metodikasının olduğunu vurğulayıb: “Əvvəlcə buraya banklar yerləşdirilir. Bir qədər sonra müəyyən məmurlar ələ alınır. Növbəi mərhələdə bu banklar vasitəsilə həmin məmurlara strateji postlar əldə edilir. Bundan sonra ölkə faktiki olaraq, iqtisadi cəhətdən işğal olunur. Bu ssenari sovet dövründə tətbiq edilirdi. Hazırda isə Slovakiya və Rumıniya Rusiya işğalına daha yaxındır”.