Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) ölkənin Tunceli bölgəsində “İldırım-4” adlı antiterror əməliyyatına başlayıb.
Teleqraf.com xəbər verir ki, min nəfərdən çox şəxsi heyətin cəlb olunduğu əməliyyat iyulun 13-də Türkiyənin Cudi bölgəsində başlanıb. Bu adla ardıcıl keçirilən əməliyyatlar bölgələr üzrə davam etdirilir. “İldırım” antiterror əməliyyatlarında 8 terrorçu zərərsizləşdirilib. Terror təşkilatlarına məxsus 24 düşərgə, mağara və sığınacaq məhv edilib.
Nazirliyin məlumatına görə, ilin əvvəlindən ölkə ərazisində 117 terrorçu zərərsizləşdirilib.