31 İyul 2020 17:26
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada ABŞ-a su nəqli üçün anbarın qapılarının açılması ciddi etiraz yaradıb.

Teleqraf.com xəbər verir ki, hadisə Meksikanın Çihyuhya əyalətində baş verib.

ABŞ-la razılaşmaya uyğun olaraq su anbarnın qapılarının açılması yerli əhaldə narazılığa səbəb olub. Dəmir yol xəttini bağlayan etirazçılar rəsmi avtomobilləri və hökumət binasını yandırıblar.

Meksika dövlət başçısı Andres Manuel Lopez müxalifətin öz maraqları naminə aksiyaçıları dəstəklədiyini bildirib. Prezident əlavə edib ki, kənd təsərrüfarı üçün su qıtlığı olmayacaq.

Əyalət valisi Korral isə bölgədə aksiya zamanı zorakılığa səbəb olan şəxslərin araşdırılacağını, günahkarların cəzasız qalmayacağını elan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər