Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus pandemiyası səbəbiylə beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti üç ay müddətinə uzadıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ÜST-nin fövqəldə vəziyyət üzrə Komitəsi məlumat yayıb.
Cenevrədə keçirilən iclasın yekunlarına əsasən bildirilib ki, Komitə fövqəladə vəziyyət rejiminin uzadılması üzrə tövsiyəsini ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusa təqdim edib və komitə bununla razılaşıb.
Qeyd edilir ki, bununla əlaqədar ÜST-nin baş direktorunun qərarı ilə üç ay müddətində komitənin yenidən iclası baş tutacaq.