3 Avqust 2020 08:45
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya nümayəndələri arasında yaxın aylarda terrorizmlə mübarizə mövzusunda görüş keçirilə bilər.

Teleqraf.com-un məlumatına görə, bunu "The Washington Post" qəzetinə müsahibəsi zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen deyib.

R.O'Brayen bildirib: "Rusiya ilə potensial əməkdaşlığın başqa bir sahəsi də terrorla mübarizədir. Həm Rusiya, həm də ABŞ öz ərazilərində <...> ekstremistlər tərəfindən hücumlara məruz qalıblar".

Onun sözlərinə görə, ABŞ rəsmiləri, çox güman ki, yaxın aylarda bu məsələlər üzrə Rusiyanın kəşfiyyat və hüquq-mühafizə orqanlarındakı həmkarları ilə qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər