3 Avqust 2020 22:56
3 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda saxlanılan ruslar Latın Amerikasındakı dövlətlərdən birinə getmək üçün bu ölkəyə gəldiklərini söylədilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Minskdəki konsulu Kirill Pletnev deyib.

“Onlar söhbət əsnasında, ətraflarında gedən müzakirələrlə əlaqədar çaşqınlıqlarını dilə gətiriblər”, - konsul vurğulayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə hesab edir ki, ruslar başqa məqsədlə ölkəsinə gəliblər. Minskə görə, tutulan 33 nəfər Belarusa göndərilməsi planlaşdırıldığı iddia edilən 180 və ya iki yüz nəfərlik bir qrupun yalnız bir hissəsidir.

Bununla yanaşı, Minsk Moskvaya saxlanılanlar barədə əlavə məlumat verməyə hazır olduqlarını vurğulayır.

Ötən həftə Minsk yaxınlığında və ölkənin cənubunda 33 rusun tutulması barədə məlumat yayıldı. Belarus hakimiyyəti onların Rusiyaya bağlı “Vaqner” qrupunun üzvıləri olduğunu açıqladı.

Prezidentin mətbuat katibi Dmitri Peskovun dediyinə görə, Moskvada məhbusların qanunsuz əməlləri barədə hələ məlumat yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər