Moldova Prezidenti İqor Dodon ikitərəfli əməkdaşlığı gücləndirmək və Rusiya ilə 200 milyon avro kredit üzrə danışıqları bərpa etmək üçün Moskvaya işgüzar səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Mən Moskvaya qısa bir işgüzar səfərə gəldim. Burada Rusiya rəsmiləri ilə görüşmək və onlarla qarşılıqlı maraq doğuran bütün sahələrdə Moldova-Rusiya əməkdaşlığının dərinləşməsini müzakirə etmək niyyətindəyəm. Beləliklə, iqtisadi əməkdaşlıq, mallarımızın ixracının sadələşdirilməsi mövzusunda müzakirələr aparmağı planlaşdırıram”, - Dodon qeyd edib.
Moldova başçısının Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib.