10 Oktyabr 2014 16:59
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə hər zaman regionda sabitliyin tərəfdarı olub".

Teleqraf.com «Anadolu» agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə hər zaman insanların sərbəst və təhlükəsiz yaşamasının tərəfdarı olub: “Türkiyə heç bir məzhəbin, heç bir etnik mənşəyin yanında və ya qarşısında deyil. Bütün bu böhranlar başladığı andan etibarən bizim tərəfimiz daim sülh və dialoq olub”.

Suriyada baş verənlərə də münasibət bildirən Ərdoğan Bəşər Əsəd rəhbərliyinin xalqa qarşı terror həyata keçirdiyini bildirib.

Ərdoğan son günlər Türkiyədə Kobanidə baş verənlərlə bağlı keçirilən aksiyalar və meydana gələn toqquşmalara da diqqət çəkib: “Hökumətə qarşı çıxanlar indi Türkiyənin Kobaniyə əsgər göndərməsindən danışır. Onlar talançı və vandaldır. Etirazçılar türk bayrağına hücum ediblər. Bunun nəticəsi ağır olacaq. Türkiyə küçə hərəkatlarından qorxub, istiqamət dəyişdirəcək bir ölkə də deyil. Türkiyə vandallığa boyun əyməyəcək. Bütün vətəndaşlarımızı bu hadisələr qarşısında soyuqqanlı və təmkinli olmağa dəvət edirəm”.

Samir


Müəllif:

Oxşar xəbərlər