8 Avqust 2020 17:19
6 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycan əyalətində naməlum şəxslərlə baş verən silahlı qarşıdurmada 1 İran hərbçisi həlak olub.

Teleqraf.com xəbər verir ki, hadisə avqustun 6-da Urmiya şəhərinin Zini sərhəd qərargahı yaxınlığında baş verib.

Məlumata görə, bölgədə reyd keçirən sərhədçilərlə naməlum silahlı qruplaşma üzvləri arasında qarşıdurma yaranıb. Atışma zamanı bir İran hərbçisi həlak olub.

Qruplaşma üzvlərinin kimliyi barədə hər hansı bir açıqlama verməsə də, sərhədçinin bölgədə fəaliyyət göstərən silahlı kürd dəstələri tərəfindən öldürüldüyü ehtimal edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər