8 Avqust 2020 22:30
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın Baş naziri Həsən Diyab böhrandan çıxmaq üçün erkən parlament seçkilərinin keçirilməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, baş nazir xalqa müraciətində xalqın hökumətə qəzəbini haqlı hesab etdiyini söyləyib.

Onun sözlərinə görə, tezliklə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifini Prezident Mişel Auna təqdim edəcək. “Livan öz tarixində ən çətin günlərini yaşayır və son hadisələrin fəsadlarını aradan qaldırmaq mümkün olmayacaq.

Biz korrupsiyanın qarşısını almaq, sosial-iqtisadi böhranı aradan qaldırmaq istiqamətində də tədbirlər həyata keçirəcəyik. Beyrut limanında baş vermiş partlayışın təqsirkarlarını məsuliyyətə cəlb edənədək istintaq davam edəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər