12 Avqust 2020 12:11
5 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Livanın paytaxtı Beyrutda partlayışdan sonra Ermənistanda İsrailə və yəhudilərə nifrət daha da artıb”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, dünyada yəhudilərə ən çox nifrət edilən ölkə Ermənistandır:

“Təsadüfi deyil ki, İrəvanda İkinci Dünya Müharibəsi illərində nasistlərin yəhudilərə qarşı tətbiq etdikləri Holokost soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış abidə bu günlərdə təhqir olunub. Abidənin üzərinə erməni dilində “Yəhudilərə ölüm!” yazılıb, svastika çəkilib.

Ermənistanda yəhudilərə “oçar”, yəni “sabun” deyirlər. Ermənilər bu minvalla İkinci Dünya Müharibəsi illərində nasist konslagerlərindəki qaz kameralarında boğularaq qətlə yetirilən yəhudilərin vücudlarından sabun istehsalında istifadə olunmasına işarə vururlar.

Beyrutdakı partlayışdan sonra isə Ermənistanda İsrailə və yəhudilərə nifrət daha da artıb. 300 min erməninin yaşadığı Livanı guya “dəstəkləyən” Ermənistanda keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, ölkə vətəndaşlarının 65 faizi İsrailin məhvini istəyir. Onlar yəhudilərə kəskin antipatiya bəslədiklərini deyiblər”.


Müəllif: Mənsur Rəğbətoğlu