ABŞ-ın Demokrt partiyası ölkənin vitse-prezidenti vəzifəsinə senator Kamala Harrisin (Kaliforniya ştatından) namizədliyini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə qərar Miluoki şəhərində (Viskonsin ştatı) keçirilən ümummilli toplantında qəbul edilib.
Toplantının sədri konqresmen Benni Tompson (Missisipi ştatından) bildirib ki, Kamala Harrisin namizədliyinə alternativ yoxdur: "Kamala Harrisin vitse-prezidentliyə demokratların namizədi seçildiyini elan edirəm".
B.Tompsondan sonra çıxış edən K.Harrir sözügedən vəzifəyə namizəd olmağa razı olduğunu bildirib.