20 Avqust 2020 20:25
2 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin sahil mühafizə qüvvələri Bəsrə körfəzində İrana məxsus balıqçı gəmisinə atəş açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Açılan atəş nəticəsində 2 iranlı balıqçının həyatını itirdiyi, BƏƏ tərəfindən gəminin müsadirə edilərək götürüldüyü deyilib. Bundan sonra İranın dəniz sərhədlərini pozan BƏƏ-yə məxsus bir gəminin müsadirə olunduğu, ekipaj heyətinin də saxlanıldığı açıqlanıb.

Olaydan sonra BƏƏ-nin Tehrandakı rəsmi nümayəndəsi 24 saat ərzində iki dəfə XİN-ə çağırıldığı bildirilib.

BƏƏ-dən verilən açıqlamada isə saxlanılan gəminin sərbəst buraxıldığı, ölən balıqçıların ailələrinə təhvil verildiyi deyilib.

BƏƏ-nin İsraillə normallaşma sazişi imzalamasından sonra Tehranla Əbu Dabi arasındakı münasibətlər yenidən gərginləşib.


Müəllif: Mənsur Rəğbətoğlu