26 Avqust 2020 08:25
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Ordusu Qəzza zolağından partlayıcıların üzərinə yapışdırılmış hava şarlarının atılmasına cavab olaraq Həmas hərəkatının hədəflərini vurub.

Teleqraf.com-un məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Twitter səhifəsində bildirib.

Məlumatda deyilir: "Son bir neçə həftə ərzində Qəzzadakı terrorçular İsrail ərazisinə yüzlərlə partlayıcı şarlar atıblar. Buna cavab olaraq uçuş aparatlarımız Qəzza zolağında Həmasın yeraltı infrastrukturuna zərbə endirib".


Müəllif: Teleqraf.com