ABŞ-ın dövlət katibi Con Kerri Misirin paytaxtı Qahirəyə səfər edib. Teleqraf.com-un məlumatına görə, səfərin məqsədi Qahirədə keçiriləcək və Qəzza zolağının bərpasına həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdir.
Konfransda 50-dən çox ölkənin nümayəndələri İsraillə Fələstinin «HƏMAS» qruplaşması arasında sonuncu qısamüddətli müharibədən sonra Qəzza zolağının gələcək aqibətini müzakirə edəcəklər. Fələstin Muxtariyyətinin rəhbərliyi Qəzza zolağının infrastrukturunun bərpası üçün 4 milyard dollar həcmində maliyyə yardımına nail olmağa çalışacaq.
İsrailin "HƏMAS"ın raket hücumlarını dayandırmaq məqsədilə iyulun 7-dən avqustun 26-dək həyata keçirdiyi «Məhvedilməz Qaya» adlı hərbi əməliyyatdan sonra Qəzza zolağı xarabalığa çevrilib.