27 Avqust 2020 19:35
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ilhaq edilmiş Krım yarımadasında Tavrida meqa-magistral yolunun açılışını edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Dövlət başçısı yeni açılmış avtomobil yolunda avtomobilinin sükanı arxasında özü oturub.

Tavrida yarımadanın açar yoludur, Kerçdəki Krım körpüsündən Sevastopola uzanacaq.

Yolun tam istifadəyə verilməsi 2023-cü ilə planlaşdırılır. Hazırda 250 kilometr uzunluğunda yeddi hissə inşa edilib. Onların dəyəri təxminən 150 milyard rubldur. Kerçdən Simferopola qədər olan hissənin iki zolağında trafik 2018-ci ildə yenidən açılıb. 2020-ci ildə daha iki zolaq istifadəyə verilib.

Növbəti Sevastopol hissəsinin birinci mərhələsinin inşası 9 milyard rubl qiymətləndirilir. İş 2021-ci ilin sonuna kimi tamamlanacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər