Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Maksim Oreşkin ölkəsinin artıq dünyanın ən böyük iqtisadiyyatı olan 5 dövlətdən biri olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, o, Rusiya iqtisadiyyatındakı tarixi yüksəlişin digər ölkələrin ÜDM-nin kəskin şəkildə düşdüyü koronavirus böhranı dönəminə təsadüf etdiyini deyib.
“Rusiya ilk beşliyə düşmək məqsədindən əl çəkmədi. BVF-nin bu il üçün son proqnozunu açsanız, Rusiyanın iqtisadi gücünə görə, dünyanın beşinci ölkəsi olacağını görərsiniz”, - Orşekin bildirib.
Oreşkin əmindir ki, qarşıya qoyulmuş hədəflərin yerinə yetirilməsi ölkənin lider beşlikdə qalmasına imkan verəcəkdir. Putinin köməkçisi ölkənin ilk “beşliyə” planlaşdırıldığından iki il əvvəl daxil olduğunu vurğulayıb.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əlverişli bazar şərtləri səbəbindən ilk “beşliyə” daxil olmağın mümkün olmadığını demişdi: “Hədəflər real, əldə edilə bilən olmalıdır”.