11 Sentyabr 2020 10:35
3 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Tvitter hesabından bir video paylaşıb.

Teleqraf.com xəbər verir ki, uzun illər öncə çəkilmiş videoda Rəcəb Tayyib Ərdoğan deyir:

“Hazırladığınız bir qurd süfrəsi var. O qurd süfrəsində bizi yemək istəyirsiniz. Ancaq bağışlayın, biz sizin üçün böyük olarıq. Bizi yeyə bilməzsiniz”.

Rəcəb Tayyib Ərdoğanın bu videosunu öz hesabında paylaşan Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun yazıb:

“Hörmətli prezidentimiz o gündən bu günədək millətindən aldığı güclə bir çox xain tələni onu quranların başına keçirdi. Allahın köməyi, millətimizin dəstəyi ilə prezidentimiz ölkəmizə, güclü Türkiyədə liderliyinə davam edəcək”.


Müəllif: Səxavət