Özbəkistanda ötən sutka ərzində yeni növ koronavirusa 245 nəfər yoluxub, xəstəlikdən iki nəfər dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 47 287, sağalanların sayı isə son sutkada 355 olmaqla 43 866 nəfərə çatıb. 3031 nəfərin müalicəsi davam edir.