20 Sentyabr 2020 19:44
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə Demokratlar partiyasının namizədi Cozef Bayden qarşıdakı seçkilərdə dəstək səviyyəsinə görə rəqibi Donald Trampı səkkiz faiz bəndi qabaqlayır.

Teleqraf.com xəbər verir ki, bu göstərici NBC telekanalının və The Wall Street nəşrinin sifarişi ilə keçirilən sosioloji sorğunun bu gün dərc olunmuş nəticələrində əksini tapıb. Məlum olub ki, seçkilər indi keçirilsə, rəyi soruşulanların 51 faizi Baydenə səs verməyə hazırdır. Respondentlərin 43 faizi isə respublikaçı Trampa dəstək ifadə ediblər.

ABŞ-da prezident seçkiləri noyabrın 3-hə təyin olunub.

Sorğu sentyabrın 13-dən 16-dək olan dövrdə keçirilib.


Müəllif: Teleqraf.com