26 Sentyabr 2020 14:25
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya artan COVID-19 pandemiyası səbəbindən vətəndaşlarını Çexiya və Lüksenburqa səyahət etməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, hazırda virus Avropada təsirini gücləndirir, bir çox ölkələr yenidən qapanma istiqamətində addımları atır.

Almaniyada gündəlik yoluxmaların 1000 nəfəri keçdiyi bildirilir. Almaniya Xarici İşlər Nazirliyi açıqlama yayaraq artan yoluxma riski ilə əlaqədar vətəndaşların Lüksenburq, Çexiya və Avstryanın qərbindəki Tirol əyalətlərinə mümkün qədər səfər etməməyə çağırıb.

Qeyd edək ki, mütəxəssislər oktyabr ayında Avropnın aparıcı ölkələrinin təkrar qapanma haqqında qərar çıxaracaqlarını proqnoz edirlər.


Müəllif: Cavad