30 Sentyabr 2020 00:13
10 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Dağlıq Qarabağda baş verən qarşıdurmadan Ermənistan rəhbərliyinə təzyiq vasitəsi kimi istifadə edir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert David Arutyunov deyib.

Ekspert Rusiyanın işğal bölgəsindəki son proseslərə müdaxilə ehtimallarını dəyərləndirib:

“Rusiyanın prosesə müdaxiləsi tərəflərin danışıqlara hazır olmasından asılıdır. Bu cür hazırlıq öz növbəsində tərəflərin hərbi imkanlarının nə qədər olub-olmaması ilə də əlaqədardır. Moskva Azərbaycanın hərbi uğur qazana biləcəyini başa düşür. Bu baxımdan, hadisələrin gedişatına uyğun olaraq, böhranın həllində Rusiyanın diplomatik fəaliyyətinin kəskin artması ehtimalı var.

Digər yandan, Rusiyanın təmkini əməliyyatların Dağlıq Qarabağda, yəni Ermənistandan kənarda getməsi ilə əlaqədardır.

Eyni zamanda, Rusiyanın hazırkı təmkinli mövqeyinin Ermənistanın mövcud rəhbərliyi ilə əvvəlki dövrdə baş verən fikir ayrılıqları ilə bağlı olduğunu düşünürəm. Rusiyanın bundan Ermənistan rəhbərliyinə təzyiq etdiyi istisna olunmur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər