10 Oktyabr 2020 22:41
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Qırğızıstan Parlamenti-Joqorku Keneşin növbədənkənar iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasın əvvəlində Joqorku Keneşin bir neçə gün əvvəl seçilmiş sədri Maktıbek Abdıldayev istefa verdiyini bildirib. O deyib ki, iclası sədrin müavini Mirlan Bakiyev idarə edəcək.

Sonra Qırğızıstanın Baş Naziri vəzifəsinə Sadır Japarovun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Sadır Japarov ölkənin Baş Naziri seçilib.

Sadır Japarov çıxışında söyləyib ki, bu gün Prezident Sooronbay Jeenbekovla görüşüb, yaranmış vəziyyət təhlil edilib. Onun sözlərinə görə, dövlət başçısı deyib ki, ölkənin Baş Naziri seçiləndən və hökumət formalaşdıqdan sonra istefaya getməyə hazırdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər