“Oruc Rəis” gəmisinin təmir üçün Antalya limanına gətirilməsindən sonra Türkiyə və Yunanıstan arasında dialoq başlamışdı. Lakin Afina bu dövr ərzində Türkiyəyə qarşı təxribatlarını dayandırmadı.
Teleqraf.com xəbər verir ki, Afinaya cavab verən Türkiyə Aralıq dənizinin şərqindəki hüquqlarından imtina etməyəcəyini bildirərək, “Oruc Rəis” gəmisini yenidən bölgəyə göndərib.
Bu gün gəmi artıq yenidən yola çıxıb.
Məsələ ilə əlaqədar bir açıqlama verən Yunanistan Xarici İşlər Nazirliyi Türkiyənin bu addımını bölgənin təhlükəsizliyinə birbaşa təhdid olduğunu iddia edib: “Bu, dialoqun əleyhinədir. Türkiyə dərhal geri addım atmalıdır”.