15 Oktyabr 2020 00:42
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Hakkari əyalətində 8 terrorçu zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili işlər naziri Süleyman Soylu bildirib.

O, qeyd edib ki, terrorçular daha əvvəl iki günahsız dinc sakini qətlə yetirib. Nazir bütün qatillərin cəzalandırılacağını vurğulayıb.

Məlumata görə, antiterror əməliyyatına Hərbi Hava Qüvvələri dəstək verib. Bölgədə əməliyyat davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər