Yaponiyada 5,9 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların episentri Sakit okeanda, Honsyu adasından cənub-şərqdə, ocağı 30 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.
Zəlzələ paytaxt Tokio daxil olmaqla ölkənin 7 prefekturasında hiss olunub./apa/