17 Oktyabr 2020 23:24
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 71 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.

Nazir bildirib ki, COVID-19-dan ölənlərin ümumi sayı 9 224 nəfərə çatıb.

F.Qoca qeyd edib ki, ölkədə 1 723 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 345 678 nəfərə yüksəlib.

Onun sözlərinə görə, ötən gün koronavirusdan 1 401 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 302 499 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər