22 Oktyabr 2020 15:59
10 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Türkiyəni Rusiyadan raket sistemi almaqdan çəkindirmək üçün əlimizdən gələni etdik”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison deyib.

“Ankara Rusiyadan raket sistemi almaq üçün bir çox şeyi qurban verdi. Onları ittifaqımıza sadiq qalmalarına inandıra bilmədiyimiz üçün məyusuq. Türkiyəni öz suverenlik məsələlərini Rusiyadan raketdən müdafiə sistemi almadan həll etməyə çalışmalarını dayandıra bilmədik”, - səfir bildirib.

Hatçison Türkiyəyə bir çox fərqli müdafiə sistemi təklif olunduğun, ABŞ-ın “Patriot” raketləri satmaqdan imtina etməsi haqda isə bunları söyləyib:

“Norveç sistemləri təklif etdik. Bunlar İtaliya və Fransa istehsalıdır. Amerika “Patriot”ları da bura daxil idi. Bir çox variantlar vardı. Amma artıq NATO müttəfiqimiz rus “S-400”-lərini sınaqdan keçirib. Bu, hamımızı məyus etdi. Biz Türkiyəni Rusiyadan raket sistemi almaqdan çəkindirmək üçün əlimizdən gələni etdik. Rusiyadan “S-400” almaq və bunu NATO daxilinə soxmaq – bu, “qırmızı xətt”dir. Buna şübhəniz olmasın”.

“S-400”-lər səbəbindən Türkiyənin “F-35” proqramından çıxarıldığını xatırladan amerikalı səfir Ankaranın üz-üzə qalacağı nəticələrin bununla məhdudlaşmayacağını da deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər