23 Oktyabr 2020 01:36
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 71 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 584 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 102 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 355 528 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 581 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 310 027 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com