İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun koronavirus (COVID-19) testi müsbət olub.
Teleqraf.com xəbər verir ki, bunu Bələdiyyə başçısının mətbuat katibi Murat Ongün açıqlayıb.
Onun sözlərinə görə, Əkrəm İmamoğlunun xəstəxanada müalicəsinə başlanılıb, səhhəti yaxşıdır.