“Kreml Qarabağdakı vəziyyəti yaxından izləyir, münaqişənin dinc yolla həllinə alternativin olmadığını düşünür”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“İndi müharibə edən tərəflərin təmas xəttindəki durumunu yaxından izləyirik. Hələ də inanırıq ki, bu problemin sülh yolu ilə həllinə alternativ yoxdur”, - Peskov bildirib.