2 Noyabr 2020 09:33
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki gündə Slovakiyada bütün əhali koronavirusa qarşı kütləvi antigen testlərindən keçib.

Teleqraf.com xəbər verir ki, testlərdə ölkənin 10-65 yaş arasında insanlar (təxminən 5 milyon nəfər) iştirak edib. Cavabı 15 dəqiqə ərzində məlum olan sürətli antigen testlərinin əsas məqsədi ölkə iqtisadiyyatına ağır zərbə vuran karantindən yayınmaq və yoluxma ocaqlarını müəyyən edərək müvafiq tədbirlər görməkdən ibarət olub.

Slovakiyanın TASR agentliyinin verdiyi məlumata görə, oktyabrın 31-də aparılan testlərdə 2,6 milyon sakin iştirak edib və onlardan təxminən bir faizində koronavirus aşkarlanıb.

Antigen testlərinin nəticəsi indiyədək geniş istifadə edilən PCR testləri qədər etibarlı olmasa da, slovaklar bu aksiyada mütəşəkkil şəkildə iştirak edirlər. Ölkənin Baş Naziri İqor Matoviç ümumi dəyəri 75 milyon avro olan və iki həftə sonunda keçirilməsi nəzərdə tutulan aksiya ilə bağlı bildirib ki, bu aksiyanın məqsədi Avropa və bütün dünyaya iqtisadiyyatın dayandırılması və milyonlarla işsizə səbəb olmadan da koronavirusa qarşı mübarizənin mümkünlüyünü nümayiş etdirməkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər