Amerikanın ən sıx əhalisi olan Corciya ştatının Fulton dairəsində boru partlaması səbəbindən səslərin sayılması dörd saat təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, hadisə “State Farm Arena” idman kompleksinin ərazisində yerləşən seçki məntəqəsində baş verib.
Seçki komissiyası nümayəndələrinin sözlərinə görə, qəzalı durum iki saat ərzində düzəldilib. Hadisə nəticəsində bülletenlər korlanmayıb.
Corciya ştatında hazırkı dövlət başçısı Donald Trampın rəqibi Co Baydeni üstələdiyi ehtimal olunur.
Əlavə edək ki, dünən ABŞ-da prezident seçkiləri keçirilib.