Sara Makbrayd Delaverdə Senata keçirilən seçkilərdə qalib gəlib və ABŞ-da bu posta seçilən ilk transgender şəxs olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb.
“Bunu bacardıq, seçkilərdə qələbə qazandıq. Təşəkkür edirəm, təşəkkür edirəm, təşəkkür edirəm”, - Sara bildirib.
Qəzetin yazdığına görə, Makbrayd Barak Obamanın prezidentliyi dövründə Ağ Evdə təcrübə keçib. Daha sonra transgender hüquqları layihəsi üçün Delaver Baş Assambleyasında lobbi fəaliyyəti göstərib. Üç il sonra Makbrayd Konqresdə təmsil olunan ilk transseksual şəxs olub.