Əfqanıstanın Zabul əyalətində terror aktı törədilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, hadisə zamanı 2 dinc sakin həlak olub, daha 1 nəfər yaralanıb.
Zabul əyalətinin qubernator administrasiyasının mətbuat katibi Gül İslam Siyal jurnalistlərə bildirib ki, terrorçular Şinkey rayonunun Qund kəndində yolun kənarına partlayıcı qurğu yerləşdiriblər.
Bomba mülki şəxslərin olduğu avtomobil yoldan keçərkən partlayıb.
Terror aktına görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.