17 Oktyabr 2014 16:54
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun Fransa və Rusiyadan olan həmsədrləri Pyer Andryö və İqor Popovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Ermənistan XİN-in mətbuat xidməti xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında müzakirələr davam edib.

E.Nalbandyan Ermənistanın ATƏT-in Minsk qrupu ilə münaqişənin istisnasız olaraq sülh yolu ilə nizamlanması üzrə birgə səyləri davam etdirməyə hazır olduğunu bildirib./trend/


Müəllif:

Oxşar xəbərlər