Qərbi Afrika ölkəsi Nigeriyanın Delta əyalətində bir həftə ərzində müəmmalı xəstəlikdən 30 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Delta Dövlət Sağlamlıq komissarı Mordi Ononye məlumat verib.
O bildirib ki, əyalətin Ute Okpu və İdumusa bölgələrində 18-25 yaş arası 30 nəfər sarı qızdırmadan ölüb:
"Tədqiqatlar başqa bir laboratoriyada davam etdirilir. İlkin nəticə sarı qızdırma göstərir, ancaq əmin olmaq üçün araşdırmalar təkrar aparılacaq".