18 Oktyabr 2014 07:35
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 18-ə keçən gecə Honkonqun mərkəzində aksiya iştirakçıları ilə polis arasında toqquşmalar baş verir.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib, bir neçə nəfər saxlanılıb.

Etirazçıların ən fəal hissəsini təşkil edən tələbələr hökuməti danışıqlara çağırıblar. Qeyd edək ki, Honkonq şəhər administrasiyasının rəhbəri Lyan Çjenyin danışıqlar masasına oturmağa razılıq versə də, görüşün vaxtını təyin etməyib.

Xatırladaq ki, Honkonqda etirazlar sentyabrın 26-dan bəri davam edir. Nümayiş iştirakçıları yerli administrasiya rəhbərliyinin xalq tərəfindən birbaşa seçilməsini tələb edir.


Müəllif:

Oxşar xəbərlər