19 Oktyabr 2014 00:09
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın sağçı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Moskvanın Yaxın Şərqdə baş verən hadisələrə müdaxilə etməməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, İŞİD-i Qərbin yaratdığını deyən Jirinovskir Rusiyanın əməliyyatlara qoşulacağı təqdirdə yeni düşmən qazanacağını bildirib:

“İŞİD-i Qərb ölkələri yaradıb. Yaxın Şərq proseslərində iştirak etməməliyik. Qoy Qərb nə yaratdığını görsün. Talibanla başlandı. Sonra Əl-Qaidə və indi də İŞİD. Rusiya hadisələrdən kənarda qalmalıdır. Bölgədə ərəb-kürd, türk-kürd və sünni-şiə mübarizəsi var. Digər tərəfdən, proseslərə qoşulsaq, yalnız düşmən qazanacağıq. Özləri həll etsin”.


Müəllif:

Oxşar xəbərlər