Norveç parlamenti qadınların da məcburi hərbi xidmət keçməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanun təsdiq olunacağı təqdirdə ölkədəki bütün kişilər üçün məcburi olan hərbi xidmət qadınlara da şamil olunacaq.
2013-cü ildən müzakirəyə çıxarlan qanun ötən həftə Osloda 96 deputanın leyhinə səsverməsi ilə qəbul olunub. Qanunun qəbul olunması nəticəsində ölkədəki cinslər arasındakı bərabərlik orduda da əksini tapıb.
Qanun 2016-cı ilin yazından etibarən qüvvəyə minəcək. Qadınlar 19 ay orduda məcburi xidmət edəcək.
Xatırladaq ki, Norveçdə Baş nazir və Müdafiə Nazirinin qadındır.
Rüstəm