Çağırışçı anası Asmik Qriqoryan Ermənistan hökumətinin binası qarşısında jurnalistlərə açıqlamasında yanvar ayında hərbi xidmətdən geri çağırılacaq hərbi qulluqçuların erkən tərxis edilməli olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, Qriqoryan uşaqların fiziki, əqli və psixoloji vəziyyətinin korlandığını, döyüş yoldaşlarını itirdiklərini, yorulduqlarını və hələ də yerdə yatmağa davam etdiklərini deyib.
“Artıq sülh təmin edilib. Müharibədə iştirak edən, yanvar ayında tərxis olunmalı olan əsgərlərin daha tez tərxis olunmalarını xahiş edirəm. Evlərinə gəlsinlər, hamının səhhətində problem var. Ana qayğısına ehtiyacları böyükdür”, - hərbçinin anası bildirib.
Əlavə edək ki, hərbi qulluqçuların ailələri Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar hökumətdən itkin düşmüş hərbçilərin tapılmasını tələb ediblər.